UEFA Avro 2024

UEFA Avro 2024
2024 Avropa Futbol Çempionatının loqosu
2024 Avropa Futbol Çempionatının loqosu
Yarış məlumatları
Ev sahibi  Almaniya
Tarix 14 iyun — 14 iyul (31 gün)
Başlama tarixi 14 iyun 2024[1]
Bitmə tarixi 14 iyul 2024
Komanda sayı 24 milli yığma
Stadion sayı 10 stadion
Yekun nəticəsi
Çempion  İspaniya (4-cü dəfə)
İkinci  İngiltərə
Yarış statistikası
Oyun sayı 51
Qol sayı 117
Tamaşaçı sayı 2,681,288
Mükafat sahibləri
Bombardir(lər)
Ən yaxşı oyunçu Rodriqo Hernandez
Ən yaxşı gənc oyunçu Lamin Yamal
2020
2028
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2024 UEFA Avropa Çempionatı və ya qısaca UEFA Avro 2024, (ing. UEFA Euro 2024 və ya UEFA EURO 2024)futbol üzrə UEFA üzvü assosiasiyaların kişi milli komandaları üçün dörd ildən bir təşkil edilən 17-ci buraxılışı. 14 iyun - 14 iyul tarixlərində Almaniyanın 10 şəhərinin 10 stadionunda baş tutacaq turnirdə 24 milli yığma mübarizə aparır.

Turnir üçüncü dəfədir ki, Almaniya ərazisində, ikinci dəfə isə yenidən birləşdirilmiş Almaniyada keçiriləcək. Bundan əvvəl 1988-ci ildəki turnir Qərbi Almaniyada keçirilmiş, Münhen şəhəri isə bir neçə ölkədə təşkil edilən Avro 2020-nin dörd oyununa ev sahibliyi etmişdir. Leypsiq şəhərinin turnirin keçiriləcəyi şəhərlər arasında olması turnirin ilk dəfə keçmiş Şərqi Almaniyada keçirilməsini təmin edəcək. Bununla da, Avro 2024 birləşmiş Almaniyanın tək ev sahibi ölkə qismində təşkilatçılıq çıxış etdiyi ilk turnir olacaq.[2] Bu turnirdən sonra Avropa Çempionatları həmişəki dördillik rejimə qayıdacaq (bundan əvvəl turnirin 2020-ci ildə keçiriləcək versiyası COVID-19 pandemiyası səbəbilə 2021-ci ilə təxirə salınmışdı). Turnirin qalibi daha sonra 2025 CONMEBOL-UEFA Çempionları Kuboku matçında Kopa Amerika 2024 turnirinin qalibinə qarşı oynayacaq.

İngiltərəni penaltilər seriyasında məğlub edərək 2020-ci il turnirinin qalibi olan İtaliya sonuncu Avropa çempionu idi.[3] Final görüşündə İngiltərə üzərində 2-1 hesablı qələbə qazanan İspaniya millisi turnirin qalibi oldu.

  1. https://www.kicker.de/em-eroeffnungsspiel-2024-anstoss-uebertragung-eroeffnungsfeier-1004148/artikel.
  2. "Euro 2024: Germany beats Turkey to host tournament". BBC News. 27 September 2018. 27 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2018.
  3. "Italy 1–1 England, aet (3–2 on pens): Donnarumma the hero as Azzurri win Euro 2020!". UEFA.com. Union of European Football Associations. 11 July 2021. 12 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 July 2021.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search